Con DiPirro: TRIPP maşrutunun reallaşması vacibdir

TRIPP maşrutunun reallaşması vacibdir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Asiya–Qafqaz İnstitutunun baş elmi işçisi Con DiPirro noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq Naminə Azərbaycan–ABŞ Dialoqu" sessiyasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Avropa və Asiya arasında strateji körpü rolunu oynayır:

"Azərbaycan qlobal miqyasda getdikcə daha da önəmli fiqura çevrilməkdədir. ABŞ-nin maraqları stabildir və Cənubi Qafqaz kontekstində çox vacibdir. Bu mənada, TRIPP maşrutunun reallaşması vacibdir".