Deputatdan qəti mövqe: “Taleyimizi özümüz həll etməliyik” – Başqa yol qalmayıb!
Banuçiçək Kalbalıyeva
15:47 02.09.2020
Siyasət
1680
“Dünya dəyişir, Azərbaycan güclənir. Türkiyə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Biz bundan nəticə çıxarmalıyıq”
“Haqqımızı nə vaxtadək Minsk qrupundan tələb edəcəyik?!”
“Bu gün Azərbaycan torpaqlarını azad etmək iqtidarında olan dövlətdir. Deməli, bunu etməliyik”
"Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib.
H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: “Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: “Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun”.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu barədə “Sherg.az”a danışıb. O, beynəlxalq təşkilatların səriştəsiz fəaliyyətindən söz açıb:
“Ermənilər beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törədirlər. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik, Avropa Şurasında xüsusi dinləmələr keçirmişik. Beynəlxalq qurumlar münaqişənin həlli istiqamətində Ermənistanı addım atmağa çağırıblar. Amma nəticəsiz qalıb. Çünki Ermənistanda cinayətkar rejim hökm sürür. Onlar insan haqqlarına insanlığa yaraşmayan tərzdə yanaşırlar. Ona görə də problem həllini tapmır. Dəfələrlə demişəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti düşmənin işğalçılıq siyasətinəə rəvac verməkdən, bəraət qazandırmaqdan ibarətdir. Dağlıq Qarabağa ermənilərin köçürülməsi beynəlxalq cinayətdir. Amma həmsədrlər həmişəki kimi susqundurlar. Biz bu barədə beynəlxalq təşkilatlara məktub göndərmişik. Yenə də reaksiya olmayıb”.
S.Seyidovun sözlərinə görə, indiki məqamda bizim bircə çıxış yolumuz var:
“İyul hadisələrə ilə əlaqədər gələn həftə Avropa Şurasının müzakirələr keçiriləcək. Biz konkret mövqe ortaya qoyacağıq. Lakin nəticənin olacağından, Ermənistana sanksiya tətbiq ediləcəyindən əmin deyiləm. Deməli, beynəlxalq təşkilatlar beynəlxalq hüququ müdafiə edə bilmirlər. Onlar məsələ qarşısında acizdirlər.
Odur ki, biz mövqeyimizi yüksək tutmalı və öz taleyimizi özümüz həll etməliyik. Dünya dəyişir, Azərbaycan güclənir. Türkiyə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Biz bundan nəticə çıxarmalıyıq. Haqqımızı nə vaxtadək Minsk qrupundan tələb edəcəyik?!
Təki nəticəsi olsun, amma yoxdur. Bu gün Azərbaycan türk dünyasının bir hissəsi, torpaqlarını azad etmək iqtidarında olan dövlətdir. Deməli, bunu etməliyik. Başqa yolu yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya