Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə ƏHD Partiyası Mətbuat xidməti məlumat yayıb.
Gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib. Daha sonra iclasda respublikada və dünyada ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və digər məsələlərlə bağlı məruzə edib. Eyni zamanda
sədr ABŞ,İsrail-İran müharibəsi, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə toxunub.
Daha sonra ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı çıxış edib, təşkilati məsələlərlə bağlı məlumat verib. İclasda həmçinin təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.