Elçin Əmirbəyov: Sülh sazişinin imzalanması üçün Ermənistan konkret addımlar atmalıdır
10:02 08.09.2025
Siyasət
274
8 avqustda Vaşınqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, bu mərhələdə söhbət yalnız paraflanmadan gedir, yekun imzalanmadan yox: “Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə, davamlı sülhün bərqərar olunması üçün, Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır.
Bununla belə, sazişin paraflanması özü-özlüyündə böyük irəliləyiş sayılır. Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donalrd Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi