Elnur Abdullayev: “Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq” - FOTO
Yusif Nəzərli
11:32 29.05.2023
Siyasət
500
“Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq və artıq 7 müəssisəyə işə cəlb olunmasına start verilib”.
“Report” xəbər verir ki, bunu “Böyük Qayıdış” proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib.
“Onların demək olar ki, ştat cədvəli də tam hazırdır. Həmçinin digər müəssisələrdə də analoji işlər aparılıb. Sakinlərə heç bir qadağa yoxdur və onların müraciəti əsasında onların ixtisasına uyğun yönləndirmə işləri aparılır. Hazırda respublikamızın digər bölgələrində yaşayan sakinlərimizin ixtisasa uyğun olmayaraq digər işlərə cəlb edilməsi halları var və biz onlarla ilkin söhbətlərimizdə onların ixtisaslarına uyğun işlərlə təmin olunmasını üstün sayırıq”, - E.Abdullayev qeyd edib
Onun sözlərinə görə, Laçına səfəri çərçivəsində Prezident İlham Əliyev Qorçu və Şəlvə kəndlərinin əsasını qoydu. Eyni zamanda Laçına qayıdacaq sakinlərin sosial durumunun yaxşılaşdırılmasına dair dövlət proqramına əsasən iş yerlərinin açılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verdi:
“Hazırda dayandığımız məkan Laçının aqroparkı, yəni sənaye və istehsalat müəssisələri olan ərazisidir. Bu ərazidə Laçın sakinlərinin işlə təmin olunması üçün iri və xırda müəssisələrinin açılması nəzərdə tutulur. Aqroparkda artıq müəyyən işlər həyata keçirilib. Hazırda birinci mərhələ olaraq tikinti işləri bitmək üzrədir. Daha sonra avadanlıqların qurulması işləri aparılacaq.
Ölkə başçısının iş yerlərinin daha da artırılması ilə bağlı tövsiyə və tapşırıqları var. Düşünürəm ki, deyilən müddət ərzində bu məsələlər öz həllini tapacaq. Artıq bu gün Laçına qayıdacaq 200 nəfərdən çox sakin işlə təmin olunub”.
E.Abdullayev əlavə edib ki, Laçın Həkəri çayının kənarında yerləşdiyi üçün burada balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub: “Nəticədə bu təsərrüfatda bir çox insanlar iş yerləri ilə təmin ediləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm