
Ərdoğan çox peşəkar hökumət formalaşdırıb
Yusif Nəzərli
00:08 08.06.2023
Siyasət
518
Yeni hökumət yola çıxdı
""Türkiyə yüz ili" layihəsinin həyata keçirilməsi üçün kritik dönəmdir. Bunların hamısı dəyərləndirilərək nazirlər hazırkı şəxslər seçilib”
İşini bilən, sahəsinə yaxından bələd olan insanların vəzifə başına gətirildiyi görünür
Türkiyədə yeni hökumət öz fəaliyyətinə başlayıb. İyunun 8-də Milli Təhlükəsizlik Şurası (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yeni üzvlərlə bir araya gələcək. Prezident İqamətgahında keçiriləcək iclas həm də yeni Nazirlər Kabinetinin ilk MTŞ iclası olacaq. Toplantıya vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Musa Avsever və digər rəsmilər qatılacaq. Yəni daha əvvəl Milli Kəşfiyyat Təşkilatının rəhbəri kimi toplantıya qatılan Hakan Fidan xarici işlər naziri, Baş Qərargah rəisi olan Yaşar Gülər Milli müdafiə naziri, İbrahim Kalın isə MİT-in rəhbəri kimi iclasda iştirak edəcək. İclasda Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə edilməsi gözlənilir. Türkiyə xarici işlər naziri Hakan Fidan yeni vəzifəsində bir neçə ölkə rəsmiləri ilə təmasa keçib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanla telefon danışığında onu ölkəmizə səfərə dəvət edib. Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib. Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar. Hakan Fidanla yunan həmkarı Vasilis Kaskarelis arasında da telefon danışığı baş tutub. Söhbət zamanı qeyri-qanuni miqrasiya mövzusu müzakirə olunub. Kaskarelis həmçinin həmkarını yeni vəzifəyə təyinat alması münasibətilə təbrik edib. Fidanın əlaqə saxladığı digər ölkə İran olub. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında sıx əməkdaşılığın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib. Nazir, həmçinin ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb. İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.
AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, heç kim Türkiyənin daxili siyasətini, yeni kabineti formalaşdıran nazirlərin hansı işi necə görəcəyini Prezident R.T.Ərdoğan qədər bilmir. Partiya rəhbərinin sözlərinə görə, nazirlərin kimliyi, şəxsi keyfiyyətləri, təcrübələri, bilik və bacarıqları, keçmiş fəaliyyəti günlərlə müzakirə olunub, ölçülüb-biçilib:

"İlkin təəssürat odur ki, çox peşəkar bir hökumət formalaşıb. İşini bilən, sahəsinə yaxından bələd olan insanların vəzifə başına gətirildiyi görünür. Siyasi təyinatdan daha çox peşəkarlığa önəm verilib. Ərdoğanın da prezidentliyinin son dönəmidir. "Türkiyə yüz ili" layihəsinin həyata keçirilməsi üçün kritik dönəmdir. Bunların hamısı dəyərləndirilərək nazirlər hazırkı şəxslər seçilib. Mən pozitiv qiymətləndirirəm. Hakan Fidan, İbrahim Kalın, Mehmet Şimşek və digərləri Azərbaycan cəmiyyətinə çoxdan tanışdır. Əminəm ki, yeni nazirlər qarşılarına qoyulan tapşırıqların öhdəsindən gələ biləcəklər. Burada Ərdoğan faktorunu da nəzərə almaq lazımdır. Nazirlər öz-özlüyündə srtategiya, kurs müəyyən etmirlər, prezidentin müəyyənləşdirdiyi hədəflər uğrunda çalışırlar. Əsas odur ki, Azərbaycanla münasibətlər yüksələn istiqamətdə inkişaf etsin. Türkiyə ilə paralel Azərbaycanda güclənsin, yüksəlsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region