Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Cümhur İttifaqı” daxilində heç bir problem yoxdur. Prezident qeyd edib ki, MHP sədri Dövlət Baxçalı ilə yeni həftədə bir görüş keçirə bilərlər.
Sherg.az xəbər verir ki, Azərbaycan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib:
“Tarix deməyim doğru olmaz, amma bu həftə Ankaraya qayıtdıqdan sonra cənab Baxçeli ilə əlaqə yaradıb görüş planlaşdıracağıq. Ya mən onu ziyarət edərəm, ya da o, bizi. Aramızda hər hansı narazılıq yoxdur.”
Xatırladaq ki, MHP lideri Dövlət Baxçali də partiya qrup toplantısında ittifaqda “çatlaq” iddialarını təkzib edərək “Papatya falı açırlar” ifadəsini işlədib.
Ərdoğan isə AKP qrup toplantısında Baxçalının çıxışını “tarixi” adlandıraraq ona təşəkkür edib və “Cümhur İttifaqı həmrəy şəkildə yoluna davam edir” deyib.