Erməni ekspertləri noyabrın 21-də Bakıya səfər edəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Ermənistan hökuməti noyabrın 20-də keçirilən iclasda Ermənistan tərəfdən 5 ekspertin 21-22 noyabrda Azərbaycanın paytaxtında keçiriləcək dəyirmi masada iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə 17 milyon 550 min dram ayırmaq barədə qərar qəbul edib.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin aktivləşməsi və etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşmasına imkan verəcək.