Ermənistan işğal ampulasında, Minsk qrupu da susmaqda... – İkili standart!
Fidan Həmişəyeva
15:16 02.09.2020
Siyasət
846
Nikol Paşinyanın Qarabağa növbəti səfəri Ermənistanın Azərbaycana qarşı yeni hücum planları, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətini göstərir. Paşinyan Qarabağa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb.
Erməni baş nazir və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.
Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə“Sherg.az”a bildirib ki, Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində olması onun bu günə qədər gizli saxlamağa çalışdığı mətləblərə yenidən işıq salıb:
“Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanıb. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları beynəlxalq humanitar hüququn pozulması olsa da, bu günə qədər təcavüzkar ölkənin bu əməllərinə göz yumulub.
ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni məskunlaşdırma faktları ilə bağlı niyə susurlar?
Nə üçün bu vaxta qədər yeri gəldi-gəlmədi insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatlar bu cür saxtakarlıq faktlarının üzərindən sükutla keçiblər? Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu özbaşınalığına göz yummağın ikili standartlardan başqa adı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm