Ersin Tatar Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti, dəyərli dostum İlham Əliyevlə Qəbələdə keçirdiyimiz görüşlərdə iki qardaş ölkə arasındakı münasibətləri bütün aspektləri ilə müzakirə etdik.
Teleqraf xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar "X" platformasında yazıb.
O, bildirib ki, iki dövlət arasındakı əlaqələr “bir millət” anlayışı ilə hər sahədə daha da güclənəcək və birliyimizin, həmrəyliyimizin, ortaq gələcəyimizin təminatı olmağa davam edəcək.