Fələstinlilər torpaqlarını satıblar?
Fələstinlilər torpaqlarını satıblar?
Yusif Sultanoğlu
13:13 19.10.2023
Siyasət
660
Fələstində başlayan müharibə fonunda son günlər fələstinlilərin xeyli hissəsinin öz torpaqlarını israillilərə satdığı iddiası ortaya atılıb.
Təbii ki, torpaqlarını satan fələstinlilər var. Lakin bunu ümumiləşdirərək bütün xalqı ittiham etmək doğru yanaşma deyil.
Öz ölkələrindən Suriyaya, Livana, Misirə və Çiliyə köç edən fələstinlilər də var. Hətta onlar Çilidə "Palastino" futbol klubu da qurublar. Köçənlərin böyük əksəriyyəti qeyri-müsəlman fələstinlilər idi ki, təzyiqlərə, zülmə dözməyib yurdlarını tərk etdilər.
Maraqlı məqamlardan biri də odur ki İordaniya, Misir və digər yerlərdəki qaçqın düşərgələrində yaşayan 100 minlərlə fələstinlinin cibində gəzdirdiyi evlərinin açarları var. Fələstinlilərin torpaqlarını sattı yalanının ən önəmli dəlili budur. Fələstinə gedənlər görə bilər ki, Yerixo şəhərinin girişində böyük açar simvolu var. Onun üzərində olan “Biz qayıdacağıq” sözü böyük məna kəsb edir, çünki bu, onların geri dönmək ümidi ilə bağlıdır.
Fələstinin İordan çayının qərb sahilindəki Qüdsdən 10 kilometr Şimalda yerləşən şəhər Ramllahda da eyni açarı görmək mümkündür. Bunlar böyük ölçüdə olan simvolikləşdirilmiş açarlardır və fələstinlilərin öz yurdlarına qayıtmaq arzusunu ifadə edir.
İsrail bu gün dövlət olaraq əlindəki torpaqların 100-də 99 faizini 1948 və 1967-ci illərdə işğal edib. Belə bir sual yaranır ki, evlərini satan insanlar niyə açarlarını özlərində saxlayırlar? Əlbəttə, İsrail fələstinliləri evlərindən məcburi şəkildə çıxarıb.
İsrail sionistlərin 100 ildir davam edən böyük sionizm ideyasının nəticəsi olduğu üçün Fələstində baş verən hadisələrə müxtəlif formalarda don geyindirilir.
Osmanlı dövründən yəhudilərin belə bir planı olduğu artıq heç kimə sirr deyildi. Ona görə də ll Sultan Əbdülhəmid Fələstin torpaqlarının əhəmiyyətli bir hissəsini satın almışdı və fələstinlilərə əcnəbilərə torpaq satmaq qadağan olunmuşdu.
Eyni zamanda, II Əbdülhəmid Teodor Herzlin Fələstindən torpaq almaq təklifini- verdiyi pula və digər dəstəyinə baxmayaraq - qəti surətdə geri çevirmişdi.
Sultan Əbdülhəmidi taxtdan salıb hakimiyyəti ələ keçirən İttihadçılar əvvəlcə sultana aid xəzinə torpaqlarını milliləşdirdilər. Onları dəstəkləyən sionistləri razı salmaq üçün yəhudilərin Fələstinə köçməsinə icazə verdilər.
1918-ci ildə Osmanlı hakimiyyəti Fələstini tərk etdikdən sonra Fələstin torpaqlarının sadəcə 1,5 faizi yəhudilərin əlində idi. Bu torpaqların 93 faizi isə livanlı torpaq sahiblərindən alınmışdı. Livan və Fələstinin ayrılması səbəbindən bu ailələr torpaqlarını satmaq məcburiyyətində qalmışdılar.
Qeyd olunanlardan belə anlaşılır ki, İsrail fələstinlilərin torpağını satması məsələsini gündəmə gətirərək öz işğalçılıq siyasətinə haqq qazandırır.
Siyasi şərhçi: Elmir Səftərov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə