Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyaya gedir.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Fidan almaniyalı həmkarı Yohan Vadefulla görüşəcək.
Görüş zamanı ölkələr arası əlaqələr, Türkiyə-Avropa Birliyi münasibətləri və digər məsələlər müzakirə olunacaq.