
“Fransa Qarabağ məsələsində var olduğunu göstərmək istəyir”
Yusif Nəzərli
15:15 22.12.2021
Siyasət
619
Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, liderlər bir sıra regional məsələləri müzakirə ediblər. Eyni zamanda, onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar.Tərəflər həmçinin Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət çəkiblər.V.Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə danışıb.
Maraqlıdır, liderlərin istər telefon danışıqlarnda, istərsə də görüşlərində Qarabağ məsələsini daim diqqətdə saxlaması nə ilə bağlıdır?

Mövzunu “Sherg.az”a şərh edən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli ATƏT-in Minsk qrupundakı həmsədrlərə diqqət çəkib:
“İllərdir, burda üç ölkə olub ki, onlaradan ikisi də Rusiya və Fransadır. Bu formatın davam etməsi Fransa ,Rusiya eləcə də Amerikanın marağındadır. Ona görə də onlar bir-biriləri ilə danışıqlar aparanda Qarabağ məsələsinə toxunurlar”.
Ə.Məmmədliyə görə, bununla Fransa özünün də Qarabağ məsələsində var olduğunu göstərmək istəyir:
“Bu həm də Türkiyə ilə Azərbaycana qarşı bir basqı siyasətinin göstəricidir. Mən hər zaman demişəm və yenə də təkrarlayıram, beynəlxalq məsələlərdə Qarabağ məsələsi yeganə mövzudur ki, orda Rusiya, Amerika və Fransanın maraqları üst-üstə düşür”.
Partiya sədri Rusiya ilə Qərbin üst-üstə düşən maraqlarının Azərbaycanın deyil, Ermənistanın xeyrinə olduğunu diqqətə çatdırıb:
“Rəsmi Bakı bunu nəzərə alıb diplomatik xarici siyasətində adekvat addımlar atmalıdır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou