Fransa: "Sülh Şurası" BMT-nin əvəzedicisi kimi görünür

“Fransa “Sülh Şurası”nın nizamnaməsini imzalamaqdan imtina edib, çünki sənəd Birləşmiş Millətlər Təşkilatının əvəzedicisi kimi görünür”.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV-nin canlı efirində bildirib.

“Sülh Şurası"nın nizamnaməsində deyilir ki, bu qurum əbədi yaradılıb.Fransiya üçün belə bir variant qəbul edilə bilməz" - nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın yaradıldığını elan edib və buraya Avropa Komissiyasının və 50-dən çox ölkənin, o cümlədən Rusiya, Ukrayna və Çin nümayəndələrini dəvət edib.

Əvvəlcə təşkilat “Fələstin zolağı üzrə Sülh Şurası” adlandırılsa da, sonradan məlum olub ki, yeni beynəlxalq orqanın səlahiyyətləri yalnız bu ərazi ilə məhdudlaşmayacaq.