Fransız siyasətçinin qanunsuz səfəri!: “Laçın dəhlizi nəzarətə götürülsün” – FÜRSƏT!
Yusif Nəzərli
13:58 23.12.2021
Siyasət
717
Fransada prezidentliyə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib.Məhz buna görə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu ölkəyə nota verib. Bəyan olunub ki, V.Pekresin adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Nazirlikdən bildirilib ki, prezidentliyə namizəd dekabrın 22-də Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib:"Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.
Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.
Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb".
Pekresin qanunsuz səfərinin məqsədini “Sherg.az”a şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, bu addım Azərbaycanın Laçın dəhlizini ciddi nəzarətə götürməsi üçün gözəl səbəbdir:
"Fransız siyasətçisi beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqla yanaşı, eyni zamanda faşist simvollarına öz “hörmətini” nümayiş etdirib. Sözügedən səfər Avropada, xüsusilə Fransada faşizmin və onun simvollarına münasibətdə ciddi cinayət hesab olunmalıdır. Bu məsələ Fransa ictimaiyyətinin də qarşısına fakt kimi qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi, yenidən müharibəyə və revanşa çağırışlar Fransa tərəfindən həyata keçirilir. Zənnimcə, xoşagəlməz haldır, ona baha başa gəlməlidir. Çünki Fransa faşizmdən əziyyətdən çəkən ölkə olub. Bu istiqamətdə hər hansı addım faşizmə dəstək deməkdir. Fransızlar durumu mənfi qiymətləndirməlidir".
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region