
Görüşdən sonra Rusiya-Azərbaycan münasibətlərində yeni dövr başlayacaq -ŞƏRH
13:22 09.10.2025
Siyasət
378
Azərbaycanın bu proseslərdə günahı yox idi. Günah Rusiyada idi
Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mühüm görüş baş tutub. Görüşdə son dövrlərdə iki ölkə arasında yaşanan gərginliklər, xüsusilə də Rusiyanın AZAL-a məxsus sərnişin təyyarəsini vurması ilə bağlı məsələ müzakirə edilib. Prezident Putin bu hadisəyə görə Prezident Əliyevdən üzr istəyib. Bu dialoq iki ölkə arasında münasibətlərin normallaşması və yeni mərhələyə qədəm qoyması baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.
Politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında münasibətlərin asılı vəziyyətdə qalmasının, soyuqluğun çökməsinin nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına cavab verdiyini söyləyib:

"İki qonşu dövləti birləşdirən çox saylı birgə layihə və proqramlar var. Onlar siyasi, ictimai, sosial, humanitar, mədəni-bütün sahələri əhatə edir. İki qonşu dövlətin münasibətlərində belə bir vəziyyətin olması anormal görünür. Çünki biz uzunmüddətdir bir yerdə olmuşuq, digər tərəfdən Sovet İttifaqı dağıldıqdan sonra yeni münasibətlər qurmuşuq. Qonşuluq mübasibətlərində və siyasətində enişli-yoxuşlu yollar olur. Digər tərəfdən çökmələr, anlaşılmazlıqlar da yarana bilər. Lakin uzun müddət təzadlar qala bilməz. Çünki o vəziyyətdə həm insanlar inciyir, həm də biznes dairələri öz planlarını həyata keçirə bilmirlər. Düşənbədə baş tutan Putin-Əliyev görüşünə maraq daha çoxdur, nəin ki MDB sammitinə. Bu da onunla bağlıdır ki, məlum hadisələrdən sonra bizdə çox gərgin bir dövr başladı. Dövlət rəhbərlərinin özünün də artıq məramı ondan ibarətdir ki, bu soyuqluğa son qoysunlar. Digər tərəfdən Rusiyanın ucbatından münasibətlərdə belə bir gərgin dövr yarandı. Moskva həqiqətən etibarlı qonşudursa, normal tərəfdaşdırsa, gərək o öz günahını boynuna alsın. Azərbaycanın dediyi heç bir məqamda qeyri adi bir şey yox idi. Biz də Rusiyanın helikopterini vurmuşduq, prezident İlham Əliyev özü şəxsən üzr istədi, zərərçəkənlərin ailələrinə təzminatlar verildi. Bu proseslərdə yalnız və yalnız qüvvədə olan beynəlxalq hüquq, prinsiplər, normalar öz rolunu oynayır. Onlara köklənərək bu anlaşılmazlıqları aradan qaldırmaq lazımdır. Azərbaycanın bu proseslərdə günahı yox idi. Günah Rusiyada idi".
Politoloq yenidən ən yüksək səviyyədə təmasların və etimad mühitinin bərpa olunmasının vacibliyini vurğulayıb:
"Bu bizim insanlara, işgüzar adamlara, ictimai qüvvələrimizin nümayəndələrinə lazımdır. Çünki onlar vaxtaşırı tez-tez görüşürlər. Digər tərəfdən onların da özlərinə məxsus planları var. O planları həyata keçirməklə insanlara kömək edirlər. Rifah məsələsində bu öz əksini tapır, iki dost, qonşu xalq arasında etibarlı əlaqələr formalaşır. Mübadilə, milli inkişafımız üçün eləcə də Rusiyanın milli inkişafı üçün bu çox vacib məsələdir. Çünki Azərbaycan Rusiyaya, Rusiya da Azərbaycana kömək edir. Bu qarşılıqlı dəstəkdən imtina edə bilmərik. Tarixdə qonşular arasında küskünlük, kin-kudurət halları müşahidə edilib. Lakin bu uzun sürməli deyil. Biz burada Ermənistanı nümunə gətirə bilmərik. Çünki Ermənistan özü proseslərdə günahkar qismində çıxış edir. Lakin Rusiya-Azərbaycan münasibətlərində yeni dövrün başlanmasına çox böyük ehtiyac var. Bu görüşdən sonra o dövr başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə