
Gözlənilən görüş: Rusiya öz hüquqi məsuliyyətini tamamilə qəbul etdi
13:04 09.10.2025
Siyasət
315
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib və qeyd edib ki, Rusiya razılaşmaya uyğun olaraq Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına hər cür köməklik göstərir.
Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə təyyarə qəzası ilə bağlı ilk gündən üzr istədiyini, həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırladıb.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - dövlət başçısı qeyd edib.
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a deyib ki, Rusiya və Azərbaycan rəhbərlərinin bu gün baş tutan görüşü artıq uzun müddətdir ki, gözlənilirdi:

"Çünki iki dövlət arasında münasibətlər pisləşən tendensiya üzrə davam edirdi. Bu isə Azərbaycan və Rusiya arasında əlaqələrin dinamikasına mənfi təsir göstərirdi. Lakin əsas məqam ondan ibarətdir ki, bugünkü görüş ümumilikdə pozitiv nəticə kimi qiymətləndirilə bilər. Hər iki tərəf, xüsusilə də Azərbaycan vurğuladı ki, bütün problemlərə baxmayaraq, iki ölkə arasında ticarət və iqtisadi əlaqələr dayanmamış, qarşılıqlı maraqlar davam edib. Bu, hər iki dövlət üçün mühüm prioritet olaraq qalır. İkinci mühüm məqam isə Qarabağ müharibəsindən və Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra bölgədə yaranan yeni reallığın böyük güclər, o cümlədən Rusiya tərəfindən qəbul edilməsinə ehtiyac var idi. Siyasi baxımdan Kremlin Qarabağdan sülhməramlıların çıxması ilə bağlı narahatlığı qalmışdı. Həmçinin Moskva tez-tez Qarabağdan çıxarılan ermənilərin geri qayıtması məsələsini gündəmə gətirirdi. Bundan başqa, Ermənistanda yaşayan, Qarabağdan köçmüş ermənilərlə bağlı müxtəlif sosial layihələrin icrası və zaman-zaman separatçıların ölkəmizə qarşı qaldırılması da bu narahatlığın göstəricisi idi. Lakin təyyarə insidentindən sonra yaranmış yeni vəziyyətdə Azərbaycan öz mövqeyindən geri çəkilmədi və haqlı iddialarını həm beynəlxalq hüquq müstəvisində, həm də ikitərəfli münasibətlər çərçivəsində irəliləyir. Nəticə etibarilə, hazırkı mərhələdə Rusiya öz hüquqi məsuliyyətini tamamilə qəbul edir. Kreml təkrar bildirdi ki, baş vermiş hadisə ilə bağlı üzr istənilib və bundan sonrakı addımlar da eyni kontekstdə atılacaq. Bu həm də onu göstərir ki, Rusiya Azərbaycanla bağlı həyata keçirdiyi bütün proseslərdə istər müsbət, istərsə də mənfi məsuliyyət daşıdığını anlayır. Azərbaycan isə bu məsələdə prinsipial mövqeyindən dönmür və bu da onun haqlı mövqeyini bir daha şərtləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə