Günay Ağamalı qurultaydakı qalmaqaldan danışdı
13:25 25.10.2025
Siyasət
479
"Hər birinizdən "Ana Vətən" Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm. Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı".
Bunu Teleqraf-a açıqlamasında deputat, partiyanın sədr müavini Günay Ağamalı bu gün partiyanın qurultayında baş verən qalmaqala münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır:
"Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm