Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Brüsseldə bir sıra ikitərəfli görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Bildirilib ki, Hakan Fidan Kanada xarici işlər naziri Anita Anand və Belçikanın baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevo ilə ayrıca müzakirələr aparıb. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional proseslər və NATO gündəliyində duran məsələlər müzakirə olunub.
Nazir həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə də görüşərək Ukrayna–Rusiya müharibəsi, təhlükəsizlik vəziyyəti və regional diplomatik proseslərlə bağlı fikir mübadiləsi aparıb.