Hikmət Hacıyev Qaluzinlə regional və beynəlxalq məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə H.Hacıyev "X" səhifəsində paylaşım edib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.