Huker: ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoymaq şərəf idi

"ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoymaq şərəf idi".

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Allison Huker Azərbaycana səfərinin yekunlarına dair bildirib.

O qeyd edib ki, Bakıya ilk səfərindən sonra evə qayıdarkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev ilə regionda sülh və rifah üçün ABŞ prezidenti Donald Tramp vizyonu çərçivəsində necə irəliləyə biləcəyimiz barədə əla görüşlər keçirib: “Beynəlxalq Telekommunikasiya Bürosunun (BTB) baş katibi Doreen Bogdan-Martinin şərəfinə WTDC25-də (Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 ) ABŞ-da qəbul keçirmək şərəf idi. Baş katib Doreen BTB-yə rəhbərlik etməkdə misilsiz təcrübəyə malikdir və biz onun yenidən seçilmək üçün namizədliyini dəstəkləməkdən məmnunuq”.

ABŞ Dövlət katibinin müavini