İcazə verməyəcəm ki, Çexiya NATO-nu tərk etsin - Babiş

Mən ölkənin baş naziri kimi xarici və müdafiə siyasətimizin qarantı olacağam. Bizim bu məsələlərlə bağlı oriyentasiyamız aydındır.

Axar.az xəbər verir ki, bu barədə Çexiyanın yenidən baş nazirliyinə namizəd olan Andrey Babiş deyib.

O bildirib ki, ölkənin NATO və Avropa Birliyindən çıxmasına icazə verməyəcək.

Qeyd edək ki, Çexiyada keçirilən parlament seçkilərində Babişin partiyası qalib gəlib.