İlham Əliyev Bosniya və herseqovinalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
08:19 23.12.2021
Siyasət
590
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və Xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaq Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı bu yaxınlarda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçlə görüşünü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə və Vətən müharibəsi dövründə ölkəmizə verdiyi dəstəyi bir daha yüksək qiymətləndirib, bunu dostluq və tərəfdaşlıq əlaqələrinin mühüm göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Bosniya və Herseqovinanı dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin darmadağın edildiyini bildirərək indi ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi geniş yenidənqurma və bərpa işlərdən danışıb.
Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və Xarici işlər naziri Bisera Turkoviç ölkəmizin əldə etdiyi böyük nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu qeyd edib.
11:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region