"İqtidar hər kəsə barışıq təklif edir"
Fidan Həmişəyeva
11:26 09.07.2020
Siyasət
751
«Konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır”
Azərbaycanda siyasi partiyalar arasında dialoq davam edir. İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi təşkilat sədrlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.
Videokonfrans olduqca aktual bir mövzuya - “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilib. Pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri sayılan partiyaların fəaliyyəti müzakirə olunub.
Dialoqla bağlı “Sherg.az”a danışan millət vəkili Anar Məmmədov bildirib ki, siyasi dialoq mühitinin yaradılması üçün cənab Prezidentin tapşırıqları əsasında addımlar atılır. Parlament üzvünün sözlərinə görə, Prezident problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz:
“Problemlər ölkə daxilində öz həllini tapmalıdır. Hakimiyyət bütün məsələlərdə dialoqa və müzakirələrə hazırdır. İqtidar ölkə daxilində hər kəsə barışıq təklif edir. Zənnimcə, konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi onların öz problemi sayılmalıdır”.
Millət vəkili, vurğulayıb ki, Prezidentin VI çağırış Milli Məclisin ilk iclasında nitqi bir növ son dövrdə ölkədə aparılan ciddi islahatlara verilən dəyərləndirmə idi:
“Həmin iclasda Prezident parlamentin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunduğunu bildirib. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Nəticədə ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi və sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır”.
Parlamentari qeyd edib ki, siyasi partiya sədrlərinin iştirakı ilə videokonfrans formatında görüş Azərbaycanda hakimiyyətlə müxalifət arasındakı münasibətlərin yeni müstəviyə çıxmasına imkan verəcək:
“Müharibə şəraitində olan bir dövlətdə Azərbaycanın güclənməsinə, hər hansı bir xarici təsirə qarşı vahid mövqedən çıxış etməsinə şərait yaranacaq. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarovanın qeyd etdiyi kimi Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar vacibdir. Bu islahatlar bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaranmasına xidmət edir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev isə ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti meydana gəldiyini diqqətə çatdırdı”.
A.Məmmədov bildirib ki, belə görüşlərin keçirilməsi Azərbaycanda vətəndaş həmrəyliyi və birliyinin daha da möhkəmləndirilməsinə, ölkəmizin davamlı inkişafına xidmət edir:
“Görüşün sonunda siyasi partiyalar adından bəyanatın qəbul edilməsi pandemiya şəraitində müxalifət və iqtidar arasında dialoq və əməkdaşlıq mühitinin daha da genişlənməsindən xəbər verir. Düşünürəm ki, siyasi partiyalar arasında müntəzəm dialoq mühitinin qurulması dövlətçiliyimiz naminə Azərbaycanda yeni siyasi konfiqurasiyasının formalaşmasına müsbət təsir edəcək.
Ölkəmizdə çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya