İran və Ermənistan strateji əməkdaşlıq haqqında sazişi bu il imzalayacaq

“İran həmişə Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və bu vacib məqsədlər çərçivəsində müdafiə (hərbi) sektorunda da əməkdaşlığımızı inkişaf etdirmişik”.

Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami jurnalistlərlə söhbətində deyib.

Diplomat İran və Ermənistan arasında bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə olduğunu və hərbi sektorun da istisna olmadığını bildirib.

İran və Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənədin imzalanmasına gəlincə, Şirqulami qeyd edib:

“Hazırkı mərhələdə mətnin təfərrüatları müzakirə olunur. Ümid edirəm ki, sənəd 2026-cı ildə imzalanacaq”.

Səfir əlavə edib ki, sənədin hərtərəfli əməkdaşlığa aid olduğu nəzərə alındıqda, bütün məqamların ətraflı şəkildə işlənməsi çox vacibdir.