İranlının BMT-yə təyinat alması narazılıq yaratdi - Şərh
11:53 02.06.2023
Siyasət
778
Ekspert bildirir ki, bu məsələdə xüsusi təsiri olan Fransa, Rusiya və Çinin ayrıca mövqeyi var
Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının 21 vitse-prezidentindən biri kimi İran nümayəndəsinin təyin edilməsi beynəlxalq müstəvidə tənqidlərə səbəb olub.
ABŞ İranın Birləşmiş Millətlər Təşkilatının mexanizmlərinə əməl etmədiyi barədə xəbərdarlıq edib.
“İran vicdanlı vasitəçi rolunu oynaya bilməz. Çünki o, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışmadığını, əksinə, onun əleyhinə fəaliyyət göstərdiyini dəfələrlə nümayiş etdirib”, - ABŞ-ın BMT-dəki nümayəndəsi bildirib.
İsrail nümayəndəsi isə bəyanatında bu təyinatı “rüsvayçılıq” adlandırıb:
“Ayətullah rejimi öz vətəndaşları, Yaxın Şərq və dünya üçün təhlükədir və bu təyinat Birləşmiş Millətlər Təşkilatının ən aşağı səviyyəyə çatdığını göstərir”.
Beynəlxalq insan haqları təşkilatları və hüquq müdafiəçiləri də İran nümayəndəsinin BMT-nin 78-ci Baş Assambleyasının vitse-prezidenti təyin edilməsindən narazılıqlarını bildiriblər.
Hadisəni "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, BMT-də təyinatla bağlı bir neçə mexanizm var:
"Bu əsasən səsvermə yoluyladır. Ratasiya isə əlifba üzrə həyata keçirilir. Ümumiyyətlə BMT-yə üzv olan ölkələrin rəhbəri təşkilatlarda təmsil olunmağı ilə bağlı qadağa yoxdur. Biz bunun kifayət qədər şahidi olmuşuq. Hətta Türkiyədən olan tanınmış diplomatlardan biri BMT Baş Assambleyasında sədr idi. Yəni bu çür praktika genişdir. Sadəcə olaraq bir iranlının BMT kimi qurumun rəhbər heyətində olması bəzi ölkələr tərəfindən narahatlıq doğurur".
Ekspert əlavə edib ki, İranlı şəxsin rəhbər seçilməsində xüsusi təsiri olan Fransa, Rusiya və Çinin ayrıca mövqeyi var:
"Bu mənada BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin monopoliyasındadır. İndi onlar arasında Ukrayna savaşından sonra mübarizə gedir. Bu mübarizəyə İranın da daxil olması ABŞ, İran, Çin xəttində gərginliklərə səbəb olur. Hadisəyə bu prizmadan yanaşmaq lazımdır. Lakin məsələyə bütövlükdə etiraz etmək, mövqe ortaya qoymaq və bunu ABŞ-ın dəyərlərinin əleyhinə olduğunu iddia etmək doğru yanaşma deyil. Ona görə ki, BMT-yə üzv olan ölkələrin səlahiyyətləri eynidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region