İspaniya hökuməti İsraildəki səfirini birdəfəlik geri çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə krallığın rəsmi hökumət qəzetində dərc olunmuş fərmanda bildirilib.
Fərmana əsasən, xarici işlər naziri Xose Manuel Albaresin təklifi ilə Ana Mariya Salomon Peres İsraildəki səfir vəzifəsindən azad edilib. Diplomatik nümayəndəliyə yeni rəhbər təyin olunacağı barədə məlumat yoxdur.