İsrail-Fələstin məsələsi: Yeni cəbhə açılır? - RƏY
13:39 13.10.2023
Siyasət
675
İran XİN başçısı Hüseyn Əmir Abdullahian İraqın baş naziri ilə ötən gün keçirdiyi görüşdə bildirib ki, bəzi ölkələrin rəsmiləri bizimlə əlaqə saxlayıb, regionda yeni cəbhənin açılmasının mümkünlüyünü soruşurlar:
“Biz onlara dedik ki, gələcək imkanlarla bağlı aydın cavabımız odur ki, hər şey sionist rejimin ölkədəki fəaliyyətindən asılıdır”.
O iddia edib ki, müqavimət qruplarının “Əqsa fırtınası” əməliyyatı tamamilə fələstinlilərə aiddir və kortəbii bir hərəkətdir və qərblilər özləri də Netanyahunun ifrat davranışının bu şərtləri yaratdığını vurğulayırlar:
“İsrailin cinayətləri indi də davam edir və regionda heç kim daha bizdən yeni cəbhələr açmaq üçün icazə istəmir”.
Qeyd edək ki, Abdullahian İraqdan sonra səfərə getdiyi Beyrutda bu fikirlərini inkişaf etdirərək, İsrailə qarşı yeni cəbhələrin açıla biləcəyini bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İsrailə qarşı çıxan və yeni cəbhə açmağa çalışan əsas qüvvə İran hakimiyyətidir:
“İranın naziri başqa nöqtələrin açılacağını bildirib. Əgər cəbhə açılar və HƏMAS-a yardım üçün əlavə qüvvə göndərilərsə, bu Suriya ilə Livan ərazisindən baş verə bilər. Digər tərəfdən HƏMAS-a İranla yanaşı yardım göndərə biləcək qüvvələr sırasında Suriyadakı Bəşər Əsəd rejimi, Livandakı hizbullah rejimi, Yəməndəki husi qiyamçıları və İraqdakı İran yönümlü Haşdi-Şabi silahlı birləşmələri var. Başda İraq olmaqla digər ərəb ölkələrinin isə dövlət olaraq İsrailə qarşı müharibə açmayacağını düşünürəm. Əksinə sözü gedən müharibə başa çatdıqdan sonra Ərəb ölkələri ilə İsrail arasındakı münasibətlər daha da genişmiqyaslı xarakter alacaq”.
Politoloq regiondakı hər hansı bir 3-cü ölkənin İsrailə qarşı müharibəyə qoşulmayacağını vurğulayıb:
“HƏMAS-ı kənardakı bəzi dövlətlər dəstəkləyə bilər. Yəni əsasən keçmiş sovet düşərgəsindən qaldığı üçün Nikaraqua, Venesuella, həmçinin Çin və Şimali Koreya kimi ölkələrdən dəstəyin gəlməsi mümkündür. Ümumiyyətlə, müharibənin sonunda HƏMAS adlı qüvvə qalmayacaq. Həmçinin proseslər İran hakimiyyətinin zəifləməsini ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm