İsrail iki azərbaycanlı aktivisti də həbs edibmiş, səfirlik azad edilməsi üçün çalışır

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bu barədə Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib

Ayxan Hacızadə qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar:

"İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur".