“Düşmən çapalayır, siyasi isterikadadır və hara gəldi raket atır. Ermənilər dərk etmir ki, atdıqları addımlar özlərinin əleyhinədir.
İsterikadadırlar, hara gəldi raket atırlar
Fidan Həmişəyeva
08:59 06.10.2020
Siyasət
731
Ermənistan işğalçılıq planlarına görə peşman olacaq
“Təcavüzkar Ermənistanın cavabını layiqincə verəcəyik və düşmən öz təxribatlarına, işğalçılıq planlarına görə peşman olacaq”. Bu fikirləri “Şərq”ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib.
Partiya rəhbəri bildirib ki, mülki şəxslərin atəşə məruz qalması, bir neçə şəhərimizin raketlə vurulması Ermənistanın dövlət kimi hərbi süqutunun əlamətidir:
“Düşmən çapalayır, siyasi isterikadadır və hara gəldi raket atır. Ermənilər dərk etmir ki, atdıqları addımlar özlərinin əleyhinədir.
Dinc əhalinin atəşə tutulması, cəbhə xəttindən xeyli uzaq şəhərlərə raket atılması Dağlıq Qarabağ münaqişəsi çərçivəsindən çıxır və Ermənistan-Azərbaycan müharibəsinə çevrilir.
Azərbaycanın tam hüququ yaranır ki, ərazimizə raket atan bütün atəş nöqtələrini məhv edək. Yerevanın yanındakı, eləcə də Gorusda və Dilicandakı hərbi hissələri vura bilərik. Buna haqqımız və gücümüz çatır.
Bundan sonra müharibə Ermənistan ərazisinə keçəcək. Heç kəs bu məsələdə Azərbaycanı qınaya bilməz. Çünki ilkin hücum məhz Ermənistan tərəfindən edilib.
Bizim bir mərmimiz belə Ermənistana düşməyib. Ordumuz işğal altındakı ərazilərimizdə hərbi əməliyyatlar həyata keçirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya