İttihamlara CAVAB: “ReAl əzbərləri pozmağa başlayıb!”
Banuçiçək Kalbalıyeva
10:25 10.09.2020
Siyasət
851
“ReAl hər iki cəbhə üçün “ağ qarğa”ya çevrilib”
“Ölkənin gələcəyi siyasi səhnədə düşmənlik yox, rəqabətli mühitin yaranmasından asılıdır”
“Bu, siyasi keyfiyyət dəyişikliyi deməkdir”
Məlum olduğu kimi, ReAl Partiyası bu günlərdə rəsmi qeydiyyata alındı. Dərhal sonra partiyaya qarşı iddialar, ittihamlar başlanıldı. Əslində belə təzyiqlər əvvəllər də olub. Amma səbəb nədir, niyə ReAl hədəfə tuş gəlir?
Partiyanın icraçı katibi Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, bu, partiyanın orijinal dəsti-xətti ilə əlaqəlidir:
“Dediyiniz kimi, belə təzyiqlər ilk deyil, son da olmayacaq. Əzbərləri pozmaq asan deyil. ReAl fəaliyyətə başladığı andan, yəni 2010-cu ildən etibarən əzbərləri pozmağa başlayıb. Biz siyasi səhnəyə yeni nəfəs gətirməklə buna nail olmuşuq. Daha elmi, politoloji yanaşma ortaya qoymuşuq. Boş-boş, səmərə verməyən işlərlə məşğul olmuruq.
ReAl yeganə siyasi partiyadır ki, 78 səhifəlik fəaliyyət proqramı var. Zaman-zaman qaldırdığımız bəzi məsələlər sonradan öz həllini tapıb. Məsələn biz hələ 2013-cü ildə yerli idarəetmənin güclənməsi naminə müəyyən rayonların ləğv edilməsinin məqsədəuyğun olduğunu demişdik. İlk günlərdən etibarən ReAL-ın siyasi duruşu politoloji və elmi əsaslarla gündəmə gəlib.
Azərbaycan siyasi səhnəsi isə, təəssüf ki, gərginliklə bəslənir. Çünki heç bir tərəfin ortaya qoyacağı konkret idea yoxdur. Beləliklə, bir az obrazlı dillə desək, ReAl hər iki cəbhə üçün “ağ qarğa”ya çevrilib.
Biz doğru bildiyimizi düzgün yerinə yetirməyə davam edəcəyik. Ölkənin gələcəyi siyasi səhnədə düşmənlik yox, rəqabətli mühitin yaranmasından asılıdır. Bu, siyasi keyfiyyət dəyişikliyi deməkdir. Dediyim məsələ üçün əlimizdən gələni əsirgəməyəcəyik
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq