Kılıçdaroğlu istefa verəcək
08:35 03.06.2023
Siyasət
565
Partiyanın yeni başçısı Əkrəm İmamoğlu, Mənsur Yavaş ola bilər
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi idarə heyətinin iclası keçirilib. İclasa CHP sədri Kamal Kılıçdaroğlu başçılıq edib. 5 saat davam edən iclasda bütün idarə heyətinin üzvlərinin istefası qəbul edilib. Kılıçdaroğlunun görüşdən sonra İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu ilə görüşü gözlənilir.
Seçkidən sonra CHP sədri Kılıçdaroğlu ilə bağlı etirazlar, ittihamlar səsləndirilir. Hər seçkidə məğlub olduğu üçün Kılıçdaroğlunun istefası tələb olunur. Kılıçdaroğlu isə deyib ki, istefa verib-verməyəcəyi ilə bağlı qərara partiya üzvləri ilə birlikdə qərar verəcək. Onun sözlərinə görə, qərar qəbul edildikdən sonra ictimaiyyətlə paylaşılacaq.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, hansısa partiyanın daxilində baş verən məsələlərlə bağlı yekun qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq icraedici orqanlar verir. Partiya təmsilçisi vurğulayıb ki, Türkiyə tarixində seçkidə məğlub olduğuna görə, istefa verən partiya sədrləri çox olub:
"Cümhuriyyət Xalq Partiyasına rəhbərlik etmiş Bülent Ecevit, Dəniz Baykal seçkilərdə uğur qazanmadıqları səbəbi ilə istefa veriblər. Həmçinin Məsud Yılmaz, Tansu Çillər və başqa partiya rəhbərləri də seçkilərdə qələbə qazanmadıqları üçün siyasətdən gediblər. Bir çox partiya tamamilə siyasi səhnədən silinib, fəaliyyətlərini dayandırıblar. Ancaq indiki CHP-də nələrin baş verəcəyi tam bilinmir. CHP Türkiyənin ilk və köklü partiyalarından biridir. Dünyanın siyasi təşkilatları içində ən uzunömürlü, dövlətin əsasını qoymuş bir partiyadır. Atatürkün qurduğu bu partiya Türkiyə tarixində böyük yerə, rola sahibdir. O baxımdan CHP-nin özünün siyasi ənənələri, prinsipləri var. Kamal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi də onun özündən, şəxsi qərarından asılıdır. Ancaq hesab edirəm ki, Kılıçdaroğlu istefa verəcək. Çünki o, demokrat bir siyasətçidir. Yəqin ki, seçkidən məğlub çıxan partiya sədri kimi postunda qalmayacaq. Nəticədə CHP yeni liderlə gələcək hədəflərinə doğru irəliləyəcək. Partiyanın yeni başçısı İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Ankara bələdiyyə rəhbəri Mənsur Yavaş, həmçinin Engin Altay, Özgür Özəl də ola bilər. Təşkilat daxilində kifayət qədər təcrübəli liderlər var ki, partiyaya rəhbərlik etmək əzmindədirlər. Bütün hallarda yekun qərarı partiyanın müvafiq strukturları verəcək. CHP elə partiya deyil ki, sədr dəyişikliyi ilə dağılsın, parçalansın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya