
Kilsə qələbəsi şərtdir: Yoxsa Paşinyanın vəziyyəti ağır olacaq
10:04 18.10.2025
Siyasət
353
Ermənistanın mənəvi mərkəzi olan "Müqəddəs Eçmiədzinin Ana taxtı" Baş nazir Nikol Paşinyanı erməni kilsəsini sıradan çıxarmaqda ittiham edib. Bu, ermənilərin Eçmiədzin katolikosu I Həzrətləri Karekinin sədrliyi ilə keçirilən yepiskopların İkinci Konfransının bəyanatında öz əksini tapıb: "Aydındır ki, Ermənistanda hakim siyasi qüvvə Erməni Apostol Kilsəsini məhv etmək üçün qərəzli planı həyata keçirməkdə davam edir". Bəyanatda həmçinin qeyd olunur ki, kilsə əleyhinə hərəkətlər dindarların mənəvi hisslərini amansızcasına incidir.
Eçmiədzin mövcud vəziyyətə görə bütün məsuliyyəti hazırkı hakimiyyət orqanlarının və şəxsən ölkənin baş nazirinin üzərinə qoyub. Erməni politoloq Qrant Məlik-Şahnazaryan deyib ki, Paşinyan katolikos II Qaregini devirmək planında uğur qazana bilər: "Son iki gündə baş verən hadisələrdən sonra artıq əmin olmağa başlamışam, təəssüf ki, Nikol kilsəyə qarşı bu mübarizədə uğur qazana bilər. Üstəlik, qarşısına qoyduğu məsələlərin yarısını artıq həll edib. Digər yarısını həll etmək üçün kifayət qədər vaxtı var, tələsməyəcək, yavaş-yavaş, amma ardıcıl işləyəcək. Kilsəyə qarşı kampaniyanın ssenarisi əvvəlcədən hazırlanıb və davamlı şəkildə həyata keçirilir".

Millət vəkili Naqif Həmzəyev Sherg.az-a deyib ki, seçkilərə doğru daxili gərginlik daha da artacaq və çaşdırıcı, təbliğat xarakterli informasiyaların sayı çoxalacaq. Deputat bildirib ki, Paşinyan çalışır ki, verdiyi qərarlara, atdığı addımlara mümkün qədər bəraət qazandırsın:
"Kilsə, müxalifət düşərgəsi, erməni lobbisi, onların əlində olan media resursları Paşinyanı meydanda tək qoymaq üçün əllərindən gələni edəcəklər. İndiki məqamda Paşinyanın revanşistlər və xüsusən Kilsə ilə mübarizədən qalib çıxması çox önəmlidir. Kilsə üzərində qələbə çalmazsa, Paşinyanın vəziyyəti çox ağır olacaq. Baş nazir bir müddət əvvəl Kilsəyə qarşı daha aşkar formada mübarizə aparırdı. Ancaq sonra bundan çəkindi, gördü ki, o cür mübarizə istənilən faydanı vermir. Hətta Kilsəyə bağlı sadə vətəndaşların Paşinyandan narazılığına səbəb olur. Ona görə də Paşinyan öz taktikasını dəyişmək məcburiyyətində qaldı. Baş nazirin Rusiyaya səfəri də baş nazirin planlarında dəyişiklik olduğunu göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm