"Klaar yenə gülünc təkliflərlə Bakıya gəlibsə, təklifləri qəbul edilməyəcək" - Siyasi şərhçi
11:49 09.06.2023
Siyasət
816
"Həm Qərb, həm Ermənistan yaxşı başa düşür ki, yaxın vaxtlarda Azərbaycan istəyinə nail olmasa, Qarabağda əməliyyatlar keçirəcək"
"Tovio Klaarın Ermənistandan sonra Azərbaycana səfəri Qərbin son aylarda müşahidə edilən intensivliyinin nəticəsidir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elşən Məcidov Tovio Klaarın regiona səfərini dəyərləndirərkən deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında diplomatik irəliləyişlər var:
"Lakin Xarici İşlər naziri Ceyhun Bayramov son açıqlamasında söyləyib ki, Bakı, İrəvandan üç məsələ üzrə konstruktivlik gözləyir. Bu tələblər, daxili işlərimizə qarışmamaq, Bakı və Xankəndi arasında dialoqa mane olmamaq və Azərbaycan ərazisində qanunsuz birləşmələrin mövcudluğu ilə bağlıdır. Ermənistan isə hər üç məsələdə inadkarlıq nümayiş etdirir. Digər tərəfdən həm Qərb, həm Ermənistan yaxşı başa düşür ki, yaxın vaxtlarda Azərbaycan istəyinə nail olmasa, Qarabağ əməliyyatlar keçirərək separatçıları məhv edəcək. Bununla isə İrəvan və vasitəçilər fakt qarşısında qalacaq".
Analitik əlavə edib ki, məsələ Ermənistanı və Fransanı narahat edir:
"Ümumiyyətlə İrəvan Parisin vasitəsilə Brüsselə də təsir göstərməyə çalışır ki, Bakını bu sərt siyasətdən döndərsin. Belə ehtimal edirəm ki, Tovio Klaarın Ermənistan və Azərbaycan səfəri, məhz bu məsələnin müzakirə edilməsinə həsr edilib. Onun pozitiv nəticə əldə edə biləcəyi isə mübahisəlidir. Çünki əgər Klaarın qovluğunda konstruktiv təklif yoxdursa, Azərbaycanı maraqlarından döndərmək mümkün olmayacaq. Xatırlayırsınızsa biz Qərbin Laçında NBM-in qurulmasına dəstək verəcəyini ümid edirdik. Lakin Azərbaycan bütün naratlıqlarını və Rusiyanın regiondakı distruktiv siyasətini Qərb strukturlarına izah etdikdən sonra, Tovio Klar təklif etmişdi ki, Laçında skaynerlər quraraq nəzarəti rus sülhməramlılarına verək, Azərbaycan isə məsafədən müşahidə etsin. Bu kontekstdə, Klaar yenə də gülünc təklifkərlə Bakıya gəlibsə, onun təklifləri qəbul edilməyəcək. Yəni Azərbaycan məsələnin diplomatik yolla həll edilmədiyi üçün birtərəfli addımlar ataraq, hamını fakt qarşısında qoyacaq".
Qeyd edək ki,Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.
Bu barədə o, tviterdə Bakıdan foto paylaşıb.
“Azərbaycana qayıtmaqdan şadam. Bu gün maraqlı görüşlər keçirilib və sabahkı yaxşı müzakirələri səbirsizliklə gözləyirəm”, - Klaar deyib.
Xatırladaq ki, O Azərbaycandan öncə Ermənistanı ziyarət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya