Kobaxidze: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək
12:38 15.10.2025
Siyasət
312
“Gürcüstanın strateji mövqeyi ölkənin əlaqələndirmə funksiyasını gücləndirir və biz bundan ölkənin iqtisadi potensialının maksimum istifadəsi üçün yararlanırıq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BƏƏ-nin “Gulf News” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Orta Dəhliz kontekstində də funksiyasını gücləndirməyə çalışır.
“Bu məqsədlə biz infrastruktura böyük həcmdə investisiyalar yatırırıq. Biz bütün ölkəni əhatə edən yeni magistral yollar tikirik. Tbilisidən Acarıstana avtomobil yolunun inşası ilin sonunadək başa çatdırılacaq. Azərbaycan və Ermənistan sərhədlərinə qədər avtomobil magistrallarının tikintisinin davam etdirilməsi nəzərdə tutulur”, - Kobaxdize vurğulayıb.
Baş nazir Qara dəniz sualtı kabelinin Gürcüstan üçün önəmindən də danışıb. O bildirib ki, bu layihənin reallaşması ilə Gürcüstan Avropa ölkələrinə elektrik enerjisi ixrac etməklə yanaşı rəqəmsal mərkəzə çevriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya