
Koçaryan, Sarkisyan və Ohanyan Bakıya təhvil verilə bilər - ŞƏRH
07:07 18.10.2025
Siyasət
624
Revanşist qüvvələr Paşinyan hökuməti və gələcək Ermənistan dövlətçiliyi üçün təhlükə törədir
Ermənistan baş naziri 8 avqust Vaşinqton görüşündən sonra çox ciddi "kartblanş" alıb
Azərbaycan Ermənistandakı hərbi cinayətkarların ekstradisiyasını tələb edə bilər. Bu barədə “Fakt” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan demişdi ki, yaxın gələcəkdə Azərbaycan Qarabağ müharibəsinin əsas iştirakçılarının təhvil verilməsini tələb edə bilər. General qeyd etmişdi ki, Ermənistan hakimiyyətinin bununla razılaşmasını istisna etmir: "Və budur, 13 oktyabr tarixində Bakıda keçirilən məhkəmə iclasında Ermənistan Silahlı Qüvvələrinin məxfi sənədləri açıqlanıb. Daha doğrusu, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbərlərinin gizli əmrləri".
Mövcud məlumatlara görə, Azərbaycan bu şəxslərə və başqa insanlara qarşı cinayət işi açmağa və onları beynəlxalq axtarışa verməyə hazırlaşır. Hadisələrin bu cür inkişafına Ermənistan hakimiyyətinin necə reaksiya verəcəyi hələlik bəlli deyil. Azərbaycanın tələb edə biləcəyi hərbi cinayətkarlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan, həmçinin sabiq müdafiə naziri Seyran Ohanyanın olacağı da istisna edilmir. Xatırladaq ki, adları çəkilən cinayətkarlar 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. Onlar işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəllifləridir. Bu səbəbdən onlara qarşı Azərbaycanda cinayət işi açılıb.
Millət vəkili Nəsib Məhəməliyev Sherg.az-a deyib ki, Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri cinayətkardır. Deputatın sözlərinə görə, bunu özləri də etiraf ediblər:

"Avropa Şurası Parlament Assambleyasında keçmiş Prezident S.Sarkisyanın Xocalı soyqırımı ilə bağlı etiraflarını xatırlayırıq. Bu qatillər Azərbaycan xalqına qarşı qətliamlarda, cinayətlərdə birbaşa iştirak etmiş, ona rəhbərlik etmiş şəxslərdir. Azərbaycanın hər zaman ixtiyarı var ki, bu cinayətkarları mühakimə etmək məqsədilə Ermənistandan tələb etsin. Hazırda Bakıda 15 nəfər erməninin məhkəmə prosesi gedir. Onların hamısı, xüsusən üç qondarma "prezident" xalqımıza qarşı törədilmiş cinayətlərdən məlumatlıdırlar. Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, Ohanyan və Xaçaturov kimi hərbi cinayətkarların törətdikləri əməllərlə bağlı kifayət qədər dəlil-sübutlar var. Hesab edirəm ki, zaman-zaman onların Bakıya təhvil verilməsini gündəmə gətirə bilərik. Amma bunun birbaşa sülh müqaviləsi ilə əlaqələndirilməsi doğru deyil. 8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri N.Paşinyan arasında sülh sənədi paraflanıb. Düşünmürəm ki, məhz indiki şəraitdə Azərbaycan həmin canilərlə bağlı beynəlxalq məhkəmədə iddia qaldıracaq. Çünki bu məsələ birbaşa Azərbaycan və Ermənistan arasındakı məsələdir. Həmin cinayətlər bilavasitə Azərbaycan ərazisində törədilib. Bizim ixtiyarımız var ki, onları birbaşa Ermənistanın özündən tələb edək. Bir məqamı da qeyd edim ki, o insanların, əgər insan demək mümkündürsə, erməni xalqına qarşı da cinayətləri var. Bu gün də təxribatlarını davam etdirirlər".
Parlamentarinin sözlərinə görə, Paşinyan prinsipiallıq göstərməlidir:
"Revanşist qüvvələr Paşinyan hökuməti və gələcək Ermənistan dövlətçiliyi üçün təhlükə törədir. Hələ bir həftə öncə bildirmişdim ki, Paşinyan Kilsə və daşnaklara qarşı mübarizə aparmalıdır, əks halda sülh prosesi pozulacaq. Ermənistan baş naziri 8 avqust Vaşinqton görüşündən sonra çox ciddi "kartblanş" alıb. Bu, istənilən dövlət başçısı üçün çox əhəmiyyətlidir. Bu o deməkdir ki, Ermənistan hökumətinin başçısı ABŞ-nin qarantiyası ilə daxildə sülhün əleyhinə gedən istənilən qüvvələrlə qanuni şəkildə mübarizə apara bilər. Eyni zamanda Avropa İttifaqı da buna dəstək verir. Azərbaycan-Ermənistan sülh prosesi ABŞ və Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənir. Çünki hər tərəfin maraqları təmin olunur. Paşinyan qanunvericilik çərçivəsində daxildə hansı addımları atsa, qəbul olunacaq, ona irad bildirilməyəcək. Kilsə 150 il boyunca daşnaklara zəhər verən bir mərkəz olub. Hətta baş Katolikos II Qareginin həbsi də gündəmdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm