
Kuperin Azərbaycana səfəri: Cənubi Qafqaz ABŞ-nin prioritetləri arasındadır - RƏY
06:27 21.10.2025
Siyasət
338
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib. Qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd edib. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını deyib. Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və ABŞ arasında razılaşmalar içərisində hərbi əməkdaşlıq, hətta bəzi silahların satışı məsələsi razılaşdırılmışdı. Ekspertə görə, Kuperin Azərbaycana səfəri Cənubi Qafqazın ABŞ-nin prioritetləri arasında olduğunu göstərir:

"Təhlükəsizlik məsələləri Azərbaycan üçün çox önəmlidir. Bölgədə ciddi çağırışlar, təhdidlər var. Bu çağırışları zərərsizləşdirmək üçün ABŞ kimi bir dövlətlə müəyyən əməkdaşlığın olması həm də zəruridir. Bu həm də Azərbaycanın çoxşaxəli siyasətini ortaya qoyur. Kuperin Bakı səfəri özü ilə böyük mesajlar daşıyır. Azərbaycanın ABŞ-nin təşəbbüsü ilə Qəzzada sülhyaratma prosesində iştirak etməsi ən optimal variantdır. Bəzi ölkələrin orada iştirakı İsrail hökuməti üçün qəbuledilməzdir. Ancaq Azərbaycanın həmin prosesdə iştirakı ərəb ölkələri və İsrail üçün qəbulediləndir. Kuperin səfərinin tərkib hissəsi həm də bununla bağlıdır. Azərbaycan bu missiyada iştirak edə bilər. Ümumən, ABŞ komandanının Azərbaycanda səfərdə olması kifayət qədər önəmli məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm