Lökornü hökumətinə qarşı etimadsızlıq səsverməsi rədd edildi
18:13 16.10.2025
Siyasət
275
Fransa Milli Assambleyasında Baş nazir Sebastyan Lökornü və onun hökumətini vəzifədən kənarlaşdırmaq üçün keçirilən etimadsızlıq səsverməsi yetərli səs toplamayıb. “Əyilməz Fransa” (La France Insoumise-LFI) Partiyası tərəfindən təqdim olunan birinci etimadsızlıq təklifi yalnız 271 deputat tərəfindən dəstəklənib. Təklifin qəbul edilməsi üçün 289 səs tələb olunurdu.
AZƏRTAC xəbər verir ki, dörd gün əvvəl formalaşan "Lökornü 2" hökuməti iki fərqli etimadsızlıq təklifi ilə üzləşib. Biri “Əyilməz Fransa” ( La France İnsoumise- LFI), digəri isə “Milli Birlik (Rassemblement National-RN) və onun müttəfiqləri tərəfindən təqdim edilmişdi. LFI-nin təklifi daha çox 271 səs toplasa da, 18 səs çatmayıb. RN və müttəfiqlərinin təklifi isə yalnız 144 səs toplaya bilib.
Bu səsvermələr zamanı sosialist deputatların mövqeyi isə diqqət mərkəzində olub. Hökumət pensiya islahatının müvəqqəti dayandırılmasına və varlılardan daha çox vergi alınmasına dair bəzi güzəştlərə getdikdən sonra, PS-dən olan əksər deputatlar etimadsızlıq təklifinə səs verməkdən imtina ediblər.
Bununla belə, sosialist deputat Loran Bomel tribundan bəyan edib ki, səsvermədə etimadsızlıq göstərmələri gələcəkdə bunu etməyəcəkləri anlamına gəlmir.
Bu səsvermənin nəticəsindən asılı olmayaraq, hökumət Milli Assambleyada zəif mövqedə qalmağa davam edir. Növbəti böyük siyasi sınaq, oktyabrın 24-də 2026-cı il büdcə müzakirələri ilə başlayacaq. Baş nazir 49.3-cü maddəyə (hökumətin səsverməsiz qanun qəbul etməsinə imkan verən vasitə) əl atmadan, parlament çoxluğunun razılığını əldə etməlidir. Bu isə çətin kompromislər tələb edir.
Son etimadsızlıq səsverməsi Fransa siyasətindəki dərin parçalanmanı bir daha göstərib. Hökumətin verdiyi güzəştlər solçu fraksiyalarda kifayət qədər inam yaratmasa da, sağçı partiyalar üçün həddən artıq hesab edilib. Nəticədə bir çox deputat fraksiya xəttindən kənara çıxaraq fərdi qərarlar qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya