
Maşaya çevrilən Ermənistan: Makron nə diktə edirsə, Paşinyan da onu icra edir
06:33 14.10.2023
Siyasət
692
"Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan imtina etməsi, hər şeydən əvvəl, onun müstəqil siyasət aparmaq iqtidarında olmaması ilə bağlıdır". Bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, Ermənistan siyasi hakimiyyəti indiyə qədər buraxdığı silsilə səhvlərini davam etdirir:

"Fransa Prezidenti Emmanuel Makron nə diktə edirsə, Paşinyan da onu icra edir. Əfsuslar olsun ki, Ermənistan baş verən hadisələrdən düzgün nəticə çıxara bilmir. Qonşularla münasibətlərini normallaşdırmaq əvəzinə, böyük güclərin əlində maşa rolunu oynamaqda davam edir. Hiss olunur ki, Paşinyan MDB dövlət başçıları arasında özünü narahat hiss edir. Ələlxüsus, Prezident İlham Əliyevlə tet-a-tet görüşdən çəkinir. Azərbaycan Prezidentinin intellekti, diplomatik gedişləri, beynəlxalq nüfuzu, hadisələrə yanaşma tərzi qarşısında Ermənistan baş naziri olduqca cılız görünür".
Parlament üzvünün sözlərinə görə, digər səbəb isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmağa cəhd etməsidir: "Nikol Paşinyan çalışır ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasını Qərb bazaları ilə əvəzləsin. Düşünürəm ki, bu siyasət regionda gərginliyin artmasına səbəb olacaq. Hətta yeni müharibə ola bilər. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ən yaxşı platforma Gürcüstanın paytaxtı Tbilisi ola bilər. Brüssel, Moskva formatlarından fərqli olaraq, Tbilisi hansısa koorporativ maraqlar güdmür. Üç Cənubi Qafqaz respublikası gələcəklərini xarici təsirlər olmadan, özləri qurmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm