
MDB dövlət başçıları toplanır! - Azərbaycan Avrasiya İttifaqına dəvət ediləcək? - ŞƏRH
Yusif Nəzərli
14:56 22.12.2021
Siyasət
1238
Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək. MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan daxildir.

Sankt-Peterburqda keçiriləcək görüşlə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Samir Hümbətov bildirib ki, bu görüşdə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan sülh məsələsini müzakirə edə bilər:
“Dekabrın 28-də Rusiyada MDB liderlərinin qeyri-formal görüşündə Azərbaycan Avrasiya İttifaqına üzv ölkə olmağa dəvət edilə bilər. Rusiya Azərbaycan və Ermənistan arasında sülh yaradılmamış kommunikasiya və digər bəzi məsələləri gündəmə gətirir. Bu görüşdə mühüm sənədlərin imzalanacağına inanmıram. Zənnimcə, toplantıda Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü baş tutacaq. Paşinyan bu yaxınlarda qeyd edib ki, Soçi və Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında avtomobil yolunun çəkilməsi ilə bağlı razılıq əldə edilib. Əlavə olaraq, Ermənistanın baş naziri bildirib ki, tezliklə Azərbaycanla sülh məsələsi müzakirə edilə bilər. Buradan görünür ki, üçüncü görüş mütləq təşkil ediləcək”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou