Şübhəsiz ki, bu cür dezinformasiyalar cəmiyyətdə çaşqınlıq yaratmaqla bərabər müəyyən qıcıq doğurur. Bəzi sosial şəbəkə istifadəçilərinin qeyri-səhih məlumatlar paylaşması əslində düşmənin əlinə imkan verir.
“...Minsk qrupu və Rusiya niyə susur?!” - Açıqlama
Fidan Həmişəyeva
08:46 13.07.2020
Siyasət
911
Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib. 4 şəhidimiz və azsaylı yaralılarımız var. Təəssüf ki, belə gərgin və kövrək bir dönəmdə yanlış məlumatların, müxtəlif şayiələrin yayılmasına da rast gəlirik.
Şübhəsiz ki, bu cür dezinformasiyalar cəmiyyətdə çaşqınlıq yaratmaqla bərabər müəyyən qıcıq doğurur. Bəzi sosial şəbəkə istifadəçilərinin qeyri-səhih məlumatlar paylaşması əslində düşmənin əlinə imkan verir.
Vəziyyətlə bağlı “Sherg.Az”a danışan “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bildirib ki, şayiələrin, dezinformasiyaların yayılmaması üçün ilk növbədə Müdafiə Nazirliyinin informasiya xidməti operativ işləməlidir. Eyni zamanda hərbi analitiklər izah verməlidir, siyasi analitiklər bir mərkəz rolunu oynamalıdır”. Baş redaktor vurğulayıb ki, rəsmi qurum baş verən hadisələrin nəticələrini, səbəblərini bildirməlidir:
“İzah olunmalıdır ki, nə üçün təxribat baş verdi ? Atəşkəs niyə məhz Qarabağda yox, dövlət sərhəddində pozuldu. Bunları açıqlayan bir mərkəz olmadığı üçün yalan informasiyalar çox olacaq. Rəsmi mənbə bütün izahatları verməlidir.
Müdafiə Nazirliyinin informasiya mərkəzi deməlidir ki, ermənilər bu təxribatı nə üçün edir ? Bunun sonrası nə ola bilər? Minsk qrupu və Rusiya niyə susur? Bunlara cavab verməyəndə şaiyələr artacaq”.
Bəzən vətəndaşlarımız yığışıb Qarabağa döyüşə gedəcəklərini deyirlər. Lakin həmin dəqiqə bir adam çıxıb bildirməlidir ki, “Bizim ordumuz var.
Ön cəbhədə olan əsgərlərimizə xalqın onların arxasında olduğunu çatdıracağıq. Lazım gəlsə, sizə də bildirəcəyik və hamımız hərbi mükəlləfiyyətçi kimi döyüşəcəyik”. Təəssüf ki, belə məqamlara diqqət etmirik.
Ona görə də bütün sosial şəbəkələrdə kim nə eşidirsə, yanlış informasiyalar yazır. Rəsmi mənbənin özü dəqiq və cəld işləməlidir. Dezinformasiyaların qarşısını almağın yeganə yolu budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya