Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallas ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Mayda İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlığa toxunulub. Ermənistan vətəndaşları üçün konkret nəticələrin təmin edilməsinə yönəlmiş proqramların həyata keçirilməsi barədə razılığa gəlinib.
Kaya Kallas və Ararat Mirzoyan iqtisadi, nəqliyyat və enerji sektorlarında əməkdaşlığın təşviqində qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.