MM növbədənkənar seçkilərlə bağlı Prezidentə müraciət etdi -YENİLƏNİB
08:14 21.06.2024
Siyasət
288
"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.
Sherg.az xəbər verir ki, qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.
Qərar layihəsində deyilir:
“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
***
"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.
Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyur.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.
***
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Komissiyanın sədri Adil Əliyev, komissyanın üzvləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai, Tahir Rzayev və Eldar Quliyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya