Moskva Bakı və İrəvan arasında danışıqlar təşkil etməyə hazırdır
10:07 13.10.2023
Siyasət
544
“Moskva Bakı ilə İrəvan arasında sülh planının gələcək inkişafı üçün ilk növbədə iki ölkənin Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərləri səviyyəsində danışıqları təşkil etməyə hazırdır”.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
“Gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada, istənilən formatda danışıqların təşkilinə hazırıq", - o bildirib.
V.Putin qeyd edib ki, Rusiya danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına öz töhfəsini verəcək. O əlavə edib ki, seçim həmişə tərəflərin ixtiyarındadır və Moskva bu iş üçün lazımi şərait yaratmağa hazırdır.
Prezident bildirib ki, bütün bu müddət ərzində üçtərəfli formatda - Rusiya, Azərbaycan və Ermənistan formatında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün ciddi iş aparılıb: “Rusiya sülhməramlıları isə səlahiyyətləri çərçivəsində Qarabağda öz missiyalarını vicdanla yerinə yetiriblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm