Moskvaya mesaj ! - Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir...
Fidan Həmişəyeva
11:07 11.08.2020
Siyasət
1042
“...və Kreml bu amillə hesablaşmalıdır”
“Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq”
“R əsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı digər bölgələrdəki siyasətini də dəstəkləyir”
Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması gözlənilən idi. Bu strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır.
C.Bayramov Ankarada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi həmişə olduğu kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə tənqid edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.
Mövlüd Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: “Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”.
Görüşlə bağlı fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Mövlüd Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq:
“Ceyhun Bayramovun Mövlüd Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir.
Müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı digər bölgələrdəki siyasətini də dəstəkləyir.
Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanması vacibliyini bildirib. Bu o deməkdir ki, Bakı da Ankara kimi həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var.
Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər.
Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm