
Münasibətlərdə yeni mərhələ: Bu, Azərbaycanın böyüklüyünü, jest etmək qabiliyyətini nümayiş etdirir
13:54 21.10.2025
Siyasət
468
Natiq Cəfərli: Azərbaycanın atdığı addımı Ermənistan da atacaq
Cənubi Qafqazda uzun müddət davam edən gərginlikdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində real və ümidverici addımlar atılmağa başlanıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı zamanı bəyan edib. Prezident bildirib: “Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb-Azərbaycan ilə Ermənistan arasında sülh dövrü.” Dövlət başçısının sözlərinə görə, son hərbi toqquşmalardan cəmi iki il keçməsinə baxmayaraq, sülh sazişinin paraflanması hər iki tərəfin ciddi siyasi iradəyə sahib olduğunu göstərir.
Bununla yanaşı, Prezident İlham Əliyev tranzit yolların açılması ilə bağlı da müsbət siqnallar verib və bu təşəbbüslərin həm regional əməkdaşlığı, həm də davamlı sülhü təşviq edəcəyini vurğulayıb. O, həmçinin ABŞ-nin, xüsusilə də Donald Trampın bu istiqamətdəki rolunu yüksək qiymətləndirib.
Baş verənlər regionda yeni əməkdaşlıq mərhələsinin başlandığını göstərir
REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında bunun olduqca yaxşı xəbər olduğunu söyləyib:

"Azərbaycan və Ermənistan arasında yeni dövrün başlanması, tranzit əlaqələrinin qurulması və iqtisadi əməkdaşlığın yaradılması dayanıqlı və uzunmüddətli sülh üçün əsas yaradır. Bu, Azərbaycanın böyüklüyünü və jest etmək qabiliyyətini nümayiş etdirir. Çox güman ki, Ermənistan da bunu qiymətləndirəcək. Əslində, tranzit əlaqələri müəyyən dərəcədə əvvəllər də mövcud idi. Azərbaycan sərnişin təyyarələri bir sıra hallarda artıq Ermənistan üzərindən keçən hava dəhlizlərindən istifadə edirdi. Eyni şəkildə, Ermənistan təyyarələri də Azərbaycan hava məkanından keçərək tranzit uçuşlar həyata keçirirdilər. Bu keçidlər üçün beynəlxalq aviaşirkətlər vasitəsilə tranzit haqları da ödənilirdi. Düzdür, bu, böyük məbləğlər deyil, illik bir neçə on min avro səviyyəsində olurdu. Amma bu da göstərir ki, belə əlaqələr artıq bir neçə ildir ki, formalaşmağa başlayıb".
Ekspert bu münasibətlər yeni mərhələyə keçdiyini bildirib:
"Azərbaycan, Ermənistana gedən yüklərin öz ərazisindən keçməsinə heç bir maneə yaradılmayacağını bəyan edib. Azərbaycanın atdığı addımı Ermənistan da atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm