Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan bildirib.

Komitə sədri müdafiə naziri Suren Papikyanın sessiyada iştirak edəcəyini qeyd edib.