Öcalan Ankaradan PKK-nın ləğvi müqabilində muxtariyyət istəyib?

Abdullah Öcalanın rəhbərlik etdiyi PKK terror təşkilatının tərksilah edilməsi və ləğvi müqabilində Türkiyə hökumətindən muxtariyyət və federallaşma istədiyi barədə iddia irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İddia bir sıra siyasi partiyalarının təmsilçilərinin yaxınlarda həbsxanada PKK lideri ilə görüşdən sonra ortaya atılıb. Amma təmsilçiləri həmin görüşdə iştirak edən Milliyyətçi Hərəkat Partiyasından (MHP) bu xəbərə təkzib gəlib.

MHP-dən yerli KİV-ə bildirilib ki, İmralı həbxanasında baş tutan görüşdə Abdullah Öcalan partiyaların rəsmilərinə belə bir istəklərinin olmadığını söyləyib. Ayrıca, o, PKK-nın tərksilah edilməsi üzrə etdiyi çağırışına sadiq qaldığını vurğulayıb.