Özgür Özəldən Kılıçdaroğlunun “təmizləmə” çağırışına cavab

CHP-nin 39-cu qurultayında çıxış edən partiya sədri Özgür Özəl, Kemal Kılıçdaroğlunun “CHP təmizlənməlidir” sözlərinə cavab verib:

“CHP təmizlənəcək, bizi keçmişə qaytarmaq istəyənlərdən təmizlənəcək. Artıq kimsə bizi məğlubiyyətə alışdıra bilməz.”

Sherg.az xəbəbər verir ki, Özəl, partiyanın yalnız solçular deyil, milliyyətçi, mühafizəkar və digər demokratlarla birlikdə yoluna davam edəcəyini bildirib.

Qurultayda Özgür Özəl tək namizəd olaraq seçkiyə qatılır.

Kılıçdaroğlu isə daha əvvəl CHP-nin rüşvət və korrupsiya ilə anıla bilməyəcəyini söyləyərək “parti

ya arınmalıdır” ifadəsini işlətmişdi.