Ermənistan və Azərbaycan biznes dairələrinin üzərində danışıqlar apardığı konkret bir məhsul var.
“news.am” xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Biz təklif etmişik, indi konkret məhsul var ki, hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır”, - Papoyan Ermənistanın Azərbaycana nə təklif etdiyi və Azərbaycanın Ermənistandan nə ala biləcəyi sualına cavabında deyib.